Astara Pedaqoji Kollecində Azərbaycan Respublikasında gender bərabərliyi üzrə (kişi və qadınların) 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planına əsasən “Gender Bərabərliyi: Bərabər Hüquqlar, Güclü Cəmiyyət” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada iştirak edənlər öncə Ümummilli Lider Heydər Əliyevin və vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Tarix-coğrafiya və pedaqoji fənlər” FBK-nın sədri Ülfət Həşimli
gender bərabərliyinin cəmiyyətin davamlı inkişafı üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bildirilib ki, qadın və kişilərin bərabər hüquq və imkanlara malik olması sosial ədalətin təmin olunmasında əsas amillərdən biridir.
Tələbələr tərəfindən mövzu ilə bağlı müxtəlif fikirlər səsləndirilib, interaktiv müzakirələr aparılıb, real həyat nümunələri üzərində fikir mübadiləsi həyata keçirilib.
Sonda bildirilib ki, belə tədbirlərin təşkili cəmiyyətdə gender bərabərliyi ilə bağlı düşüncə tərzinin formalaşmasına və inkişafına mühüm töhfə verir.





