Astarada “fəxri mədəniyyət işçisi”, “Tərəqqi” medallı, “Əvəsor” folklor kollektivinin yaradıcısı Fərbiyə Şabanovanın doğum günü münasibətilə tədbir keçirilib.

Aprelin 15-də keçirilən tədbirdə rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin nümayəndələri iştirak ediblər.

Çıxış edənlər Fərbiyə Şabanovanın mədəniyyətin inkişafına verdiyi töhfələri xüsusi vurğulayıb, onun uzun illər ərzində gördüyü işlərin əhəmiyyətindən danışıblar.

Eyni zamanda, tədbir iştirakçıları Fərbiyə Şabanovanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edib, ona möhkəm cansağlığı və uzun ömür arzulayıblar.

Allahverən Pərvizoğlu ✍️

By admin