Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov hər həftə olduğu kimi vətəndaşların müraciətlərini dinləmək məqsədilə icra hakimiyyətinin inzibati binasında növbəti qəbul keçirib.

Qəbulda icra hakimiyyəti aparatının əməkdaşları, eləcə də aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.

Görüş zamanı vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunub. Səlahiyyətlər çərçivəsində həlli mümkün olan məsələlərin yerində həlli üçün tapşırıqlar verilib, digər müraciətlər isə aidiyyəti qurumların yerli nümayəndələrinə yönləndirilib və konkret göstərişlər verilib.

By admin