Bölgəİdman

Cəlilabadda idmançılarla görüş: yüksək nəticə göstərənlər təltif olundu

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov idman sahəsində yüksək nailiyyətlər əldə etmiş idmançılar və onların məşqçiləri ilə görüş keçirib.

Görüşdə rayon idmançılarının son dövrlərdə qazandıqları uğurlar diqqətə çatdırılıb. Rafiq Cəlilov idmançıları və məşqçiləri təbrik edərək, onların əldə etdikləri nəticələrin rayonun idman şöhrətini daha da artırdığını vurğulayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə idman infrastrukturunun yaradılmasına, idmançılara dövlət qayğısının göstərilməsinə və gənc nəslin fiziki tərbiyəsinə böyük diqqət yetirilir. Bu dəstək nəticəsində rayon idmançıları beynəlxalq və respublika səviyyəli yarışlarda uğurlu nəticələr əldə edirlər.

Görüş zamanı məşqçilər və idmançılar ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda yüksək nəticələr göstərmiş idmançılar və onların məşqçiləri Cəlilabad Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və hədiyyələrlə təltif olunublar. Təltifetmə mərasimində idmançılara uğurlarına görə təşəkkür edilib, gələcək yarışlarda yeni qələbələr arzulanıb.