TəhsilXəbərlər

Emin Əmrullayev Qusarda vətəndaş qəbulu keçirib

Azərbaycan Respublikasının Elm və təhsil naziri Emin Əmrullayev Aprelin 17-də Qusar şəhərində vətəndaş qəbulu keçirib.

Qəbulda Qusar, Quba və Xaçmaz rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Nazir qəbul üçün əvvəlcədən qeydiyyatdan keçmiş müraciətçiləri dinləyib, onların qaldırdıqları məsələlərin operativ şəkildə araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib.

Görüş zamanı vətəndaşların təhsil sahəsinə dair müxtəlif məsələlərlə bağlı müraciətləri diqqətə alınıb və hər birinin həlli istiqamətində konkret addımların atılacağı bildirilib.