Lənkəran Dövlət Universitetinin  rektoru, professor Natiq İbrahimov Qazaxıstan Respublikasının Xalel Dosmuxamedov adına Atırau Dövlət Universitetinin nümayəndə heyətini qəbul edib.

Görüşdə qonaq universitetin Tərcümə və xarici dillər kafedrasının müdiri Aigul Aitmukhanovna Sultangubiyeva və Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri Eleonora Doszhanovna Abdol, eləcə də LDU-nun rəsmi şəxsləri iştirak ediblər.

Söhbət zamanı tərəflər arasında mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanları müzakirə olunub, ikili diplom proqramı üzrə perspektivlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, hazırda həyata keçirilən akademik mobillik proqramının nəticələri və gələcək inkişaf istiqamətləri diqqətə çatdırılıb.

Görüşün sonunda LDU-nun rektoru Natiq İbrahimov qonaqlara xatirə hədiyyələri təqdim edib.

Qeyd edək ki, səfər çərçivəsində qazaxıstanlı nümayəndə heyəti universitetdə keçirilən dərs prosesini də canlı izləyəcək.

By admin