Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu aprelin 17-də Ağdam şəhərində baş tutub.

Qəbul ötən il istifadəyə verilmiş Ağdam Muğam Mərkəzində təşkil olunub. Görüşdə Ağdam, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşlar iştirak ediblər. Sakinlər məşğulluq, mədəniyyət sahəsində təşəbbüslər və digər məsələlərlə bağlı müraciətlərini nazirin diqqətinə çatdırıblar.

Nazir vətəndaşların müraciətlərini dinləyərək qaldırılan məsələlərin operativ şəkildə araşdırılacağını və qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini bildirib.

Nazirliyin məsul əməkdaşlarının da iştirak etdiyi qəbul zamanı şəhid ailələri və qazilər tərəfindən səsləndirilən müraciətlərə xüsusi həssaslıqla yanaşılması və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib.

By admin