Aprelin 16-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktorunun əmrinə əsasən Şamaxı Dövlət Regional Kollecinin direktoru vəzifəsinə təyin edilən Vasif Müslümov kollektivə təqdim olunub.

 

Təqdimat mərasimində Bildirilib ki, Vasif Müslümov Bakı Dövlət Universitetində tətbiqi riyaziyyat və kibernetika ixtisası üzrə təhsil alıb. O, fizika-riyaziyyat elmləri namizədi, dosentdir və 30 ildən artıq pedaqoji təcrübəyə malikdir. Uzun illər Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Vasif Müslümov son təyinata qədər Şamaxı Dövlət Regional Kollecində tərbiyə işləri üzrə direktor müavini, eləcə də direktor vəzifəsini müvəqqəti icra edən şəxs kimi çalışıb.

 

Təqdimat mərasimindən sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova kollecin maddi-texniki bazası ilə tanış olub, tədris auditoriyalarına baxış keçirib və tədris prosesinin təşkili ilə maraqlanıb.

Baxış zamanı təhsil müəssisəsinin infrastrukturunun yaxşılaşdırılması, perspektiv inkişaf istiqamətləri, region üzrə ixtisaslı kadr hazırlığının gücləndirilməsi, tədrisin keyfiyyətinin artırılması və idarəetmənin təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub, müvafiq tövsiyələr verilib.

By admin