Xəbərlər

ETSN-də növbəti qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyində növbəti qanvermə aksiyası təşkil olunub.

Talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən şəxslərə dəstək məqsədi daşıyan aksiyada nazirliyin əməkdaşları fəal iştirak ediblər.

Qanvermə prosesi “Respublika Qan Bankı” publik hüquqi şəxsin xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən həyata keçirilib. Qan götürülməzdən əvvəl hər bir donorun sağlamlıq vəziyyəti müvafiq qaydada yoxlanılıb.