Gəncədə uzun illər çalışan radioloq Əliyar Məmmədov vəfat edib
Uzun müddət Gəncə şəhərində fəaliyyət göstərən radioloq Əliyar Məmmədov 71 yaşında dünyasını dəyişib.
Xeber24.online, Gencexeber.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl səhhətində problem yaranan Ə. Məmmədov Bakıda vəfat edib.
Məlumata görə, mərhum uzun illər Gəncə Regional Kardiologiya Xəstəxanasında və Yeni Gəncə Tibb Mərkəzində radioloq (rentgen) həkimi kimi çalışıb.
