Gəncəli Əməkdar artist Eldar Abdullayevin 79 yaşı tamam olur
Gəncəli Əməkdar artist, tanınmış kamança ifaçısı Eldar Abdullayevin doğum günüdür.
O, 17 aprel 1947-ci ildə Gəncə şəhərində anadan olub. 1965–1969-cu illərdə Gəncə Musiqi Kollecində (keçmiş Gəncə Musiqi Texnikumu) kamança ixtisası üzrə təhsil alıb.
Eldar Abdullayev 1969-cu ildən 2017-ci ilə qədər Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının aparıcı solisti kimi fəaliyyət göstərib. Bununla yanaşı, müxtəlif illərdə musiqi məktəblərində kamança ixtisası üzrə pedaqoji fəaliyyətlə də məşğul olub.
Sənətkar 2008-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.
Qeyd edək ki, Eldar Abdullayev Xalq artisti Şahnaz Haşımova ilə ailəlidir.

