Aprelin 17-də Masallı rayon MKS-nin Şəhər Multimedia Kitabxanası Masallı şəhər Dəfinə Texniki-Riyaziyyat Təmayüllü liseyində səyyar xidmət təşkil edib. Tədbir liseyin direktoru Xatirə Telmanqızının dəstəyi ilə həyata keçirilib.
Səyyar kitabxana xidməti çərçivəsində şagirdlər kitabxanaya abunə olunub, onlara mütaliənin əhəmiyyəti, kitabxana fondunun zənginliyi və oxucular üçün yaradılan imkanlar barədə ətraflı məlumat verilib. Eyni zamanda, kitabxananın fəaliyyəti, xidmət istiqamətləri və oxucular üçün təqdim etdiyi resurslar şagirdlərin diqqətinə çatdırılıb.
Tədbirin əsas məqsədi gənc nəsildə mütaliəyə marağın artırılması və onların kitabxana xidmətlərindən daha fəal istifadəyə təşviq olunması olub.


