Maraqlı

Qənirə Paşayevanın xatirəsinə qadınlar üçün reabilitasiya mərkəzi açılır

Azərbaycan ictimai-siyasi həyatında özünəməxsus yeri olan, xeyirxahlığı, insanlara sevgisi və sosial məsələlərə həssas yanaşması ilə yadda qalan mərhum millət vəkili Qənirə Paşayevanın əziz xatirəsi yeni və mənalı təşəbbüslə yad edilir.

Onun adını və ideallarını yaşatmaq məqsədilə qadınlar üçün reabilitasiya mərkəzinin açılması qərara alınıb.

Xeber24.online-un Musavat.com-a istinadən verdiyi məlumata görə, bu barədə mərhum deputatın əmisi qızı Təranə Paşayeva açıqlama verib.

O bildirib ki, yaradılan mərkəz qadınlar üçün dəstək, güc və yeni ümid məkanı olacaq:

“Bu günlər mənim üçün xüsusi önəmlidir. Qadınlar üçün reabilitasiya mərkəzi açırıq — bu, dəstək, güc və yeni ümid məkanıdır. Bu mərkəzi Milli Məclisin deputatı olmuş bacım Qənirə Paşayevanın əziz xatirəsinə həsr edirəm. Onun xeyirxahlığı, insanlara sevgisi və kömək etmək istəyi hər zaman mənim üçün nümunə olub. Qoy bu məkan hər bir qadının dayaq tapdığı, yenidən güc qazandığı, özünə inandığı və həyatında yeni səhifə açdığı bir yer olsun.”

 

Qeyd edək ki, təşəbbüsün əsas məqsədi qadınların sosial və psixoloji dəstək almasına şərait yaratmaq, onların cəmiyyətə daha güclü və inamlı şəkildə inteqrasiyasına töhfə verməkdir.