Hərbi Memorial Məzarlıqda 44 günlük Vətən müharibəsi şəhidi baş leytenant Rəhimli Kamil Vəli oğlunun doğum günün münasibətilə məzarı ziyarət olunub.
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal bələdiyyəsinin sədr müavini Fuad Mirələmov, Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının, Yasamal Rayon İcra Hakimiyyətinin və Yasamal bələdiyyəsinin əməkdaşları, şəhidin ailə üzvləri, qazilər və müharibə iştirakçıları şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Rəhimli Kamil Vəli oğlu şəhadətindən sonra “İgidliyə görə” medalı, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.





