Şəkidə Zaur İlhamoğlunun yaradıcılıq gecəsi keçirilib
Aprelin 17-də M.F. Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Şəki şəhər Komitəsinin birgə təşkilatçılığı ilə şair Zaur İlhamoğluna həsr olunan “Gülə-gülə darıxdım” adlı ədəbi-bədii gecə keçirilib.
Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə mədəniyyət və təhsil işçiləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər Zaur İlhamoğlunu təbrik edərək ona yeni yaradıcılıq uğurları arzulayıblar.
Tədbir çərçivəsində Anar Yusifzadənin və Yusif Yusiflinin ifasında musiqilər səsləndirilib. Bədii qiraət ustası Bəhiyyə Nağıyeva şeirlər səsləndirib.
Sonda şairin qələm dostları səhnəyə dəvət olunub, şeirlərlə onu bir daha təbrik ediblər.




