ƏdəbiyyatMaqazin

Tanınmış yazıçı Yaşar Rzayevin 85 illik yubileyi keçiriləcək

Azərbaycan Yazıçılar Birliyinin Lənkəran Bölməsinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış ictimai xadim, yazıçı və ədəbiyyatşünas alim Yaşar Rzayevin anadan olmasının 85 illiyi münasibətilə yubiley tədbiri keçiriləcək.

Xeber24.online xəbər verir ki, bu barədə AYB-Lənkəran Bölməsinin sədri, yazıçı-dramaturq Qafar Cəfərli rəsmi Facebook hesabında paylaşım edib.

Tədbir 28 aprel 2026-cı il tarixində, saat 14:00-da AYB-nin Natəvan klubunda baş tutacaq.

Qeyd edək ki, Yaşar Rzayev 1995–2000-ci illərdə Azərbaycan Respublikasının Ali Sovetinin xalq deputatı, 2000–2003-cü illərdə isə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Hazırda 9 kitabın və 45 elmi məqalənin müəllifidir. Onun elmi məqalələri Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan və Özbəkistanda nəşr olunub.

Allahverən Pərvizoğlu ✍️

İctimai fəal, III-dəfə respublika mahnı müsabiqəsi laureatı, gənc xanəndə 🎙️ 🎙️