Ağdaş Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankı bölməsinin təşəbbüsü, Ağdaş Rayon İcra Hakimiyyəti və Ağdaş Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə növbəti qanvermə aksiyası təşkil olunub.
Aksiya çərçivəsində Respublika Mərkəzi Qan Bankının ixtisaslı tibb işçiləri tərəfindən könüllü donorların sağlamlıq vəziyyəti əvvəlcədən yoxlanılıb və uyğun olan şəxslərdən qan götürülüb.
Toplanan qan ehtiyatları talassemiya, hemofiliya və leykoz xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunacaq.



