18 aprel 2026-cı il tarixində Lənkəran şəhər Heydər Əliyev Mərkəzi və Faberlic şirkətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və qadın siyasəti”, “Özünü kəşf et 3” layihələri çərçivəsində tədbir baş tutub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən mərkəzin direktoru Reyhanə Sadıxova ölkəmizdə qadın siyasətinin inkişafı, qadınların ictimai-siyasi həyatda artan rolu və bu istiqamətdə həyata keçirilən dövlət dəstəyi barədə ətraflı məlumat verib.
Digər çıxış edənlər qadınların sahibkarlıq fəaliyyətində uğur qazanmasının mümkünlüyündən bəhs edərək, bu cür layihələrin motivasiya və inkişaf baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıblar.
Tədbir çərçivəsində musiqili proqram təqdim olunub, Faberlic şirkətinin fəaliyyəti və uğurları haqqında məlumat verilib, həmçinin videoçarxlar nümayiş etdirilib.
Sonda fərqlənən iştirakçılar diplom və hədiyyələrlə təltif olunublar.
Qadınların inkişafına və özünü reallaşdırmasına dəstək məqsədi daşıyan bu təşəbbüs iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.





