MaqazinMediaMədəniyyət

“İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin 9 illiyi münasibətilə təntənəli konsert keçirilib

19 aprel 2026-cı il tarixində “İstedadları Tanıyaq və Tanıdaq” ictimai birliyinin fəaliyyətə başlamasının 9 ili, eləcə də təşkilatın dövlət qeydiyyatına alınmasının 5 ili münasibətilə “Dostluq körpüsü” adlı möhtəşəm konsert proqramı təşkil olunmuşdur.

Xeber24.online xəbər verir ki,

Tədbirin əsas məqsədi istedadlı şəxslərin üzə çıxarılması, onların cəmiyyətə tanıdılması və müxtəlif mədəniyyətlər arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə töhfə vermək olub.

Konsert proqramında müxtəlif yaş qruplarından olan iştirakçılar musiqi, rəqs və digər yaradıcılıq nümunələri ilə çıxış edərək tamaşaçılara unudulmaz anlar yaşadıblar. Eyni zamanda ictimai birliyin ötən illər ərzində həyata keçirdiyi layihələrə qısa nəzər salınıb, əldə olunan uğurlar vurğulanıb və gələcək hədəflər barədə məlumat verilib. Qeyd olunub ki, təşkilat bu müddət ərzində yüzlərlə gəncin istedadının üzə çıxarılmasına və onların inkişafına dəstək göstərib.

Tədbirdə ictimai xadimlər, millət vəkilləri, şəhid və qazi ailələri, mədəniyyət nümayəndələri, gənclər və media təmsilçiləri iştirak ediblər. Çıxış edən qonaqlar təşkilatın fəaliyyətini yüksək qiymətləndirərək, onun cəmiyyət üçün əhəmiyyətli rol oynadığını vurğulayıblar.

“Dostluq körpüsü” konserti sonda bütün iştirakçıların birgə çıxışı ilə yekunlaşıb və dostluq, birlik və həmrəylik mesajları ilə yadda qalıb.

Sonda iştirakçılara diplomlar təqdim olunub.

Allahverən Pərvizoğlu ✍️

İctimai fəal, III-dəfə respublika mahnı müsabiqəsi laureatı, gənc xanəndə 🎙️