0-0x0-0-0#

Cəlilabad rayonunda yaşayan filoloq, şair, ədəbi təhlilçi-tənqidçi, yazar-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Sevil Azadqızı yeni işıq üzü görmüş “Ömrün payız fəsli” və “Sona Vəliyevanın Ömür Nağılı” kitablarını Lənkəran Mərkəzi Kitabxanası fonduna hədiyyə edib.

Qonağı qarşılayan Lənkəran MKS-in direktor vəzifəsini müvəqqəti icra edən Arzuyə Rufullayeva müəllifi təbrik edərək ona yaradıcılıq yolunda uğurlar arzulayıb. O bildirib ki, kitabxana fondunun belə dəyərli əsərlərlə zənginləşməsi sevindirici haldır və müəllifin kitablarının oxucular tərəfindən maraqla qarşılanacağına əmindir.

Sevil Azadqızı göstərilən xoş münasibətə görə təşəkkürünü bildirərək qeyd edib ki, Lənkəran Mərkəzi Kitabxanası hər zaman ədəbiyyat adamlarının üzünə açıq olub və bu ənənə yüksək qiymətləndirilməlidir. Müəllif əsərlərini böyük sevinc hissi ilə oxuculara təqdim etdiyini vurğulayıb.

Görüş sonda xatirə şəkli ilə yadda qalıb.

Allahverən Pərvizoğlu ✍️

İctimai fəal, III-dəfə respublika mahnı müsabiqəsi laureatı, gənc xanəndə 🎙️

By admin