20.04.2026ci il AYB Lənkəran Bölməsində xüsusi və yaddaqalan bir görüş baş tutub.
AYB-Lənkəran Bölməsinin sədri, yazıçı-dramaturq Qafar Cəfərli uzun illərdən sonra tanınmış yazıçı-publisist, hekayə müəllifi Sevil Mürsəliyeva ilə görüşüb.
Sevil Mürsəliyeva 1978-ci ildən fəaliyyətə başlayan AYB Lənkəran Bölməsinin ilk ədəbi məsləhətçisi olub və uzun illər bu vəzifədə çalışaraq bölgənin ədəbi mühitinə mühüm töhfələr verib.
70-ci illərdə ədəbi yaradıcılıqla məşğul olan bölgə yazarları onu yaxından tanıyır və yüksək qiymətləndirirlər.
Xeber24.online xəbər verir ki,
26 ildən sonra yenidən Bölməyə təşrif buyuran yazıçı ilə səmimi görüş keçirilib, keçmiş illər xatırlanıb, ədəbi mühitin inkişaf mərhələləri barədə fikir mübadiləsi aparılıb.
Görüş zamanı Sevil Mürsəliyevanın son 20 ildə səhhəti və digər səbəblərlə bədii yaradıcılıqdan uzaq düşməsi təəssüf hissi ilə qeyd olunub.
Qeyd edək ki, Bu görüş həm də ədəbi ənənələrin davamlılığı və keçmişlə bu gün arasında mənəvi körpünün qurulması baxımından əlamətdar hadisə kimi dəyərləndirilib.
Allahverən Pərvizoğlu ✍️
İctimai fəal, III-dəfə respublika mahnı müsabiqəsi laureatı, gənc xanəndə 🎙️

