BölgəXəbərlər

Masallı şəhərində Bayraq Meydanındakı bayraq dirəyi əsaslı təmir olunub

Masallı şəhərində Bayraq Meydanında yerləşən bayraq dirəyində əsaslı təmir işləri həyata keçirilmişdir.

Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə aparılan işlər çərçivəsində mövcud bayraq yenisi ilə əvəz edilərək ölçüsü 6×12 metrdən 8×16 metrədək böyüdülmüşdür. Bununla yanaşı, bayrağın 120 metrlik trosu, 15 metrlik ciyəsi, 10 ədəd qarmağı və 10 ədəd xamudu yenilənmişdir. Eyni zamanda mexanizmlərdə yağlanma işləri aparılaraq dirəyin texniki vəziyyəti daha da yaxşılaşdırılmışdır.

Görülən işlər bayraq dirəyinin dayanıqlığını və istismar keyfiyyətini artırmaqla yanaşı, şəhərin ümumi görünüşünə də müsbət təsir göstərmişdir.