SosialXəbərlər

Oğuzda Partiya veteranının 65 illik yubileyi qeyd olunub.

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının veteran üzvlərindən olan Şıxıyeva Kəmalə Firidun qızının 65 illik yubileyi münasibətilə onun işlədiyi Oğuz rayon Xaçmaz kənd M.F.Axundov adına 1N-li tam orta ümumtəhsil məktəbində görüş keçirilmişdir.

Görüşdə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, sədr müavini Mehman Ramazanov, Xaçmaz kənd M.F.Axundov adına 1N-li tam orta ümumtəhsil məktəbinin direktoru Aynurə Səfərova iştirak ediblər.

Rayon təşkilatının sədri Saleh Məhərrəmov Kəmalə Şıxıyeva haqqında fikirlərini bölüşərək bildirdi ki, o, uzun müddət təhsil sahəsində (Əvvəlcə Xaçmaz kənd 2 N-li məktəbdə müəllim, daha sonra 1N-li məktəbdə müəllim, 1999-cu ildən hal-hazıradək M.F.Axundaov adına Xaçmaz kənd 1N-li tam orta ümumtəhsil məktəbinin direktor müavini ) çalışmış və rayonun ictimai-siyasi həyatında hər zaman yüksək fəallıqla iştirak etmişdir. Rayon təşkilatının sədri daha sonra yubilyarı təbrik edərək, ona möhkəm can sağlığı, uzun ömür, səadət dolu günlər arzulamışdır.

Kəmalə Şıxıyeva göstərilən diqqət və qayğıya görə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə və çox hörmətli Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmiş, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduğunu söyləmişdir.

Partiya veteranı Kəmalə Şıxıyevaya təhsil sahəsindəki uzun müddətli səmərəli fəaliyyətinə, YAP Oğuz rayon təşkilatının işinə verdiyi töhfələrə, rayonun ictimai-siyasi həyatında fəal mövqeyinə görə və 65 illik yubileyi münasibətilə YAP Oğuz rayon təşkilatı tərəfindən Təşəkkürnamə və xatirə hədiyyəsi təqdim edilmişdir.