Aprelin 20-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov Vətən müharibəsi I qrup əlili Xəyyam Əhmədovun övladının toy şənliyində iştirak edib.
Hər zaman şəhid ailələrinə və müharibə əlillərinə göstərdiyi diqqət və qayğı ilə seçilən Taleh Qaraşov bu dəfə də Vətən müharibəsi əlilinin övladının sevincinə şərik olaraq iştirakını mənəvi borc kimi qiymətləndirib. Toy mərasimində çıxış edən icra başçısı gənc ailəyə xoşbəxtlik arzulayıb, dövlətin hər zaman şəhid ailələrinin və qazilərin yanında olduğunu vurğulayıb.
Taleh Qaraşov qeyd edib ki, şəhid ailələrinə və qazilərə qayğı həm dövlətin, həm də cəmiyyətin prioritet məsələlərindən biridir. Bu kateqoriyadan olan insanlara hörmət və ehtiram göstərmək hər bir vətəndaşın mənəvi borcudur.
Vətən müharibəsi I qrup əlili Xəyyam Əhmədov isə onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildirib.
Allahverən Pərvizoğlu ✍️
Xeber24.online bölgə müxbiri.



