Xəbərlər

İcra başçısı Vətən müharibəsi əlili Ülvi Babazadənin yas mərasimində iştirak edib

Aprelin 20-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Cənab Taleh Qaraşov Vətən müharibəsi əlili Babazadə Ülvi Həsənəli oğlunun yas mərasimində iştirak edib.

Xeber24.online xəbər verir ki,

İcra başçısı mərasim zamanı mərhumun ailə üzvləri ilə görüşərək onlara dərin hüznlə başsağlığı verib, ailənin qayğı və problemləri ilə maraqlanıb.

Taleh Qaraşov çıxışı zamanı dövlətin hər zaman bütün imkanları ilə şəhid ailələrinin və müharibə əlillərinin yanında olduğunu vurğulayıb.

Mərhumun ailə üzvləri isə göstərilən həssas münasibətə və xüsusi diqqətə görə minnətdarlıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, daim dövlət qayğısını hiss edirlər və buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Allahverən Pərvizoğlu ✍️

Xeber24.online bölgə müxbiri.