Astara Rayon Mədəniyyət Mərkəzinin filial müəssisələrində növbəti monitorinq həyata keçirilib.
Monitorinq Astara Rayon Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyevin rəhbərliyi ilə klub və digər mədəniyyət müəssisələrində aparılıb. Yoxlamalar zamanı müəssisələrin ümumi vəziyyəti və fəaliyyəti yerində təhlil olunub.
Xeber24.online xəbər verir ki,
Aparılan baxışlar nəticəsində bir sıra nöqsanlar aşkar edilib. Bununla bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib, çatışmazlıqların qısa müddətdə aradan qaldırılması, işlərin müntəzəm və yüksək səviyyədə təşkili vacibliyi diqqətə çatdırılıb.
Qeyd olunub ki, monitorinqlərin davamlı keçirilməsi mədəniyyət müəssisələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsinə xidmət edir.








