22 aprel – Yer Günü münasibətilə Lənkəran şəhərində Crystal Haze Community tərəfindən “Birlikdə təmizləyək, birlikdə dəyişək” adlı ekoloji təmizlik aksiyası təşkil olunub.
Aksiyanın əsas məqsədi ətraf mühitin qorunmasına diqqət çəkmək, təbiətə qarşı məsuliyyət hissini gücləndirmək və gənclər arasında komanda ruhunu təşviq etmək olub.
Xeber24.online xəbər verir ki,
Tədbir çərçivəsində Lənkəran gəncləri bir araya gələrək müxtəlif ərazilərdə təmizlik işləri aparıb, ətraf mühitin daha sağlam və yaşana bilən hala gətirilməsinə öz töhfələrini veriblər. Bu təşəbbüs həm də iştirakçılar arasında həmrəylik, birlik və sosial məsuliyyət kimi mühüm dəyərlərin möhkəmlənməsinə xidmət edib.
Qeyd edək ki, bu kimi aksiyalar yalnız təbiətin qorunması ilə məhdudlaşmır, eyni zamanda cəmiyyət üçün nümunə yaradır və daha şüurlu, aktiv gənc nəslin formalaşmasına töhfə verir.
🌱 Unutmayaq: kiçik addımlar böyük dəyişikliklərin başlanğıcıdır!
Allahverən Pərvizoğlu ✍️
Xeber24.online bölgə müxbiri.
















