Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayon ərazisində şəhid ailələri, müharibə əlilləri və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı daim prioritet istiqamətlərdən biri olaraq qalır. Onların sosial rifahının yaxşılaşdırılması, qarşılaşdıqları çətinliklərin aradan qaldırılması məqsədilə mütəmadi olaraq mühüm tədbirlər həyata keçirilir.

Xeber24.online xəbər verir ki,

Bu istiqamətdə görülən işlərin davamı olaraq, 22 aprel 2026-cı il tarixdə Yeyənkənd ərazisinin Xəlfələr kəndində keçirilmiş vətəndaş qəbulundan sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, aparatın Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri vəzifəsini icra edən Sinan Abbaslı, ərazi nümayəndəsi, bələdiyyə sədri, şəhid ailələri, din xadimləri, media nümayəndələri və sakinlərin iştirakı ilə şəhidlərin məzarları ziyarət olunub.

Ziyarət zamanı şəhidlərin qəbirüstü abidələri önünə tər gül dəstələri düzülüb, onların əziz xatirəsi dərin ehtiramla yad edilib.

Şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

By admin