Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri ilə görüşü keçirilib.
Görüş zamanı ərazilərdə aparılan işlərin cari vəziyyəti təhlil olunub, mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində görüləcək tədbirlər geniş müzakirə edilib.
Rayon rəhbəri çıxışında vətəndaş müraciətlərinə həssas yanaşmanın vacibliyini xüsusi vurğulayıb. Bildirilib ki, daxil olan müraciətlər qanunamüvafiq qaydada və operativ şəkildə cavablandırılmalıdır.
Eyni zamanda, görüşdə qanunsuz tikintilərlə bağlı mövcud vəziyyət və bu istiqamətdə həyata keçirilən tədbirlər, təsərrüfatbaşına uçot işinin aparılması, bələdiyyələr tərəfindən görülmüş işlər, eləcə də ərazilərdə sanitar-təmizlik işlərinin təşkili məsələləri müzakirə olunub.
Sonda qeyd olunan istiqamətlər üzrə müvafiq tapşırıqlar verilib.




