24 aprel 2026-cı il tarixində Astara rayon Heydər Əliyev Mərkəzinin və YAP Astara rayon təşkilatının birgə təşkilatçılığı ilə 28 aprel – əməkdar elm xadimi, oftalmoloq-alim Zərifə xanım Əliyevanın doğum günü münasibətilə “İnsanların gözünə nur bəxş edən qadın” adlı tədbir keçirilmişdir.

Tədbirdə YAP Astara rayon təşkilatının əməkdaşları, Astara şəhər M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbin, Astara şəhər F.Əliyarov adına 6 nömrəli tam orta məktəbin, eləcə də Astara rayon Ərçivan qəsəbə ümumtəhsil məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Kübra Səmədova çıxış edərək qeyd etmişdir ki, Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri olduqca böyükdür. O bildirmişdir ki, görkəmli alim vaxtilə ölkəmizdə geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayesi ilə bağlı peşə xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi sahəsində mühüm tədqiqatlar aparmış, həmçinin oftalmologiyanın müasir problemlərinə dair dəyərli elmi əsərlər yazmışdır.

Daha sonra tədbir iştirakçılarının mövzu ətrafında çıxışları dinlənilmiş, Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə dair fikirlər səsləndirilmişdir. Tədbir böyük maraqla qarşılanmışdır.

By admin