BölgəGündəmXəbərlər

Fövqəladə hallara hazırlıq üzrə beşgünlük PER təlimi Lənkəranda uğurla yekunlaşıb

24 aprel 2026-cı il tarixində Lənkəran şəhərində Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Federasiyanın birgə təşkilatçılığı ilə keçirilən “Fövqəladə Hallar zamanı Fəal cavab tədbirlərinə hazırlıq (PER) və özünüqiymətləndirmə” mövzusunda beşgünlük təlim uğurla başa çatıb.

Təlimin son günündə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov da iştirak edib. O, çıxışı zamanı belə təşəbbüslərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsində mühüm rol oynadığını vurğulayıb.

Təlim müddətində iştirakçılar fövqəladə vəziyyətlərə çevik və effektiv reaksiya mexanizmləri, resursların düzgün idarə olunması və beynəlxalq PER standartları barədə geniş biliklər əldə ediblər. Özünüqiymətləndirmə sessiyaları çərçivəsində isə mövcud potensial təhlil olunaraq gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Yekun tədbirdə çıxış edən rəsmilər sistemli hazırlıq, düzgün koordinasiya və resursların səmərəli idarə olunmasının fövqəladə hallarda uğurun əsas şərti olduğunu qeyd ediblər. Təlim çərçivəsində güclü və zəif tərəflər müəyyən edilərək gələcək fəaliyyət planı hazırlanıb, iştirakçıların fəallığı yüksək qiymətləndirilib. Proqram xatirə fotosu ilə yekunlaşıb.

Sonda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov cəmiyyətin əməkdaşları, Regional Mərkəzin koordinatorları və iştirakçı sədrləri ilə görüş keçirərək onlara öz tövsiyələrini verib.