Lerikin Veri Əliabadı kəndində vətəndaş qəbulu keçirilib
Milli Məclisin deputatı Vasif Qafarov Lerik rayonunun Veri Əliabadı kəndində növbəti vətəndaş qəbulu keçirib. Qəbul zamanı kənd sakinləri tərəfindən bir sıra aktual məsələlər qaldırılıb.
Vətəndaşlar əsasən Piran–Veri avtomobil yolunun asfaltlanması, kəndlərin qazlaşdırılması, enerji təchizatında mövcud problemlər, məşğulluq imkanlarının genişləndirilməsi və digər sosial məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.
Deputat tərəfindən səsləndirilən müraciət və təkliflər diqqətlə dinlənilib, vətəndaşları narahat edən problemlərin həlli istiqamətində qanunvericiliyə uyğun olaraq müvafiq qurumlar qarşısında məsələlərin qaldırılacağı bildirilib.
Görüş çərçivəsində vətəndaşlarla açıq dialoq aparılıb, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində atılacaq addımlar müzakirə olunub.



