Aprelin 22-də Salyan rayonu Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə görkəmli şair Nüsrət Kəsəmənlinin əziz xatirəsinə həsr olunan “Sevgi ilə yazılan ömür” adlı ədəbi-bədii gecə keçirilib.
Gecədə şairin həyat və yaradıcılıq yoluna nəzər salınıb, onun sevgi, həyat və insan duyğularını əks etdirən şeirləri səsləndirilib.
Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Məhərrəm Məmmədov, “N” saylı hərbi hissənin əsgərləri, rayonun tanınmış ziyalıları, mədəniyyət və incəsənət xadimləri, eləcə də geniş ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərhum Şairin qələmə aldığı şeirlərdən seçilmiş unudulmaz misralar iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.



