Xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Zaqatalada qeyd olunur .

10 May – Müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın dahi oğlu Heydər Əliyevin doğum günü münasibətilə Zaqatala rayon Heydər Əliyev Mərkəzində silsilə ekskursiyalar təşkil edilir.

Bu çərçivədə YAP Zaqatala rayon təşkilatının əməkdaşları, bir qrup partiya fəalı və Uşaq İncəsənət məktəbinin müəllim kollektivi mərkəzi ziyarət ediblər.

Mərkəzin əməkdaşı tərəfindən qonaqlara dahi şəxsiyyətin zəngin ömür yolu, Azərbaycanın müstəqilliyi və inkişafı naminə göstərdiyi misilsiz xidmətlər barədə ətraflı məlumat verilib. Ekskursiya zamanı Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotolar və sənədlər böyük maraqla qarşılanıb.