Astarada mədəniyyət müəssisələrinin fəaliyyəti müzakirə olunub
Astara rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbir Mərkəzin direktoru Anar Kəkəyevin rəhbərliyi ilə baş tutub. Seminar-müşavirədə rayon ərazisində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.
Müşavirədə çıxış edən Anar Kəkəyev ilk növbədə ay ərzində aparılan monitorinqlərin nəticələri barədə məlumat verib. O, müəssisələrdə nizam-intizamın bərpası, fəaliyyətin düzgün təşkili, qarşıda duran vəzifələr və prioritet istiqamətlər barədə fikirlərini bölüşərək mədəniyyət sahəsində həyata keçirilən tədbirlər və əsas hədəfləri iştirakçıların diqqətinə çatdırıb.
Tədbir çərçivəsində həmçinin ay ərzində görülən işlər və mövcud çatışmazlıqlar geniş müzakirə olunub. Mədəni xidmət səviyyəsinin yüksəldilməsi, əhalinin asudə vaxtının səmərəli təşkili, əmək intizamının gücləndirilməsi istiqamətində tapşırıqlar verilib, eləcə də növbəti ayın fəaliyyət planı ilə bağlı müvafiq göstərişlər səsləndirilib.



