BölgəƏdəbiyyat

Astarada Səməd Vurğunun 120 illiyinə həsr olunmuş bədii-qiraət müsabiqəsi keçiriləcək

Astara Rayon Mədəniyyət Mərkəzi təşkilatçılığı ilə  xalq şairi Səməd Vurğunun 120 illik yubileyi münasibətilə bədii-qiraət müsabiqəsi keçiriləcək.

Şairin zəngin yaradıcılığına həsr olunan müsabiqədə 8 yaşdan 18 yaşadək yeniyetmə və gənclər iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyənlər üçün qeydiyyat 01 may 2026-cı il tarixindən başlayaraq 24 may 2026-cı il tarixinədək Astara Rayon Mədəniyyət Mərkəzində aparılacaq.

Müsabiqənin seçim mərhələsi 25 may 2026-cı il, final mərhələsi isə 30 may 2026-cı il tarixində keçiriləcək.

Yarışın sonunda qaliblər müxtəlif hədiyyələr və Fəxri Fərmanlarla mükafatlandırılacaq. Qaliblər arasında I yer üzrə 1 nəfər, II yer üzrə 2 nəfər, III yer üzrə isə 3 nəfər seçiləcək.