Lənkəran MKS-in kitabxana filialında monitorinq keçirilib
Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor vəzifəsini müvəqqəti icra edən Arzuyə Rufullayeva tərəfindən MKS-in Göyşaban kənd kitabxana filialında monitorinq təşkil olunub.
Monitorinq zamanı filialın fəaliyyəti yerində qiymətləndirilib, iş prosesinin təşkili, oxuculara xidmət səviyyəsi və ümumi vəziyyət ətraflı araşdırılıb. Aparılan baxış zamanı əməkdaşlara bir sıra tövsiyə və tapşırıqlar verilib, xüsusilə nizam-intizam qaydalarına ciddi riayət olunmasının vacibliyi vurğulanıb. Qaydaları pozan əməkdaşlarla bağlı müvafiq tədbirlərin görülməsi diqqətə çatdırılıb.
Eyni zamanda müəyyən nöqsanlar aşkarlanıb və onların aradan qaldırılması üçün konkret tapşırıqlar verilib. Filialın fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində zəruri addımların atılmasının vacibliyi qeyd olunub.


