BölgəXəbərlər

Astarada şəhid Nurlan Fərəməzovun xatirəsi doğum günündə anılıb

Mayın 1-də Astara Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Nurlan Əhliman oğlu Fərəməzovun doğum günü qeyd olunub.

Şəhidin xatirəsinə həsr olunmuş tədbir çərçivəsində onun məzarı ziyarət edilib, önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Tədbirdə çıxış edən Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev şəhid-həkim Nurlan Fərəməzovun keçdiyi şərəfli döyüş yolundan, vətənpərvərliyindən və göstərdiyi qəhrəmanlıq nümunəsindən bəhs edib.

Daha sonra şəhidin ailəsi ziyarət olunub. Bir qrup mədəniyyət işçisinin iştirakı ilə baş tutan görüş zamanı Anar Kəkəyev şəhidin valideynləri ilə səmimi söhbət aparıb. Görüş iştirakçıları şəhidin xatirəsinə yaradılmış guşə ilə tanış olublar. Burada sərgilənən şəxsi əşyalar və döyüş yoluna dair materiallar tədbir iştirakçılarında dərin təəssürat yaradıb.

Sonda şəhidin ailəsi ilə xatirə şəkli çəkdirilib.