Lənkəranda Şəhid Sənan Ağazadənin doğum günündə ailəsi ziyarət olunub
Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor vəzifəsini müvəqqəti icra edən Arzuyə Rufullayeva və kitabxana əməkdaşları Vətən müharibəsi şəhidi Sənan Ağazadənin doğum günü münasibətilə onun ailəsini ziyarət ediblər.
Görüş zamanı şəhidin anası Elnarə Ağayeva övladının göstərdiyi qəhrəmanlıq və şücaətdən danışaraq, onun xatirəsinin daim yaşadıldığını vurğulayıb.
Arzuyə Rufullayeva bildirib ki, şəhidlərimizin əziz xatirəsi hər zaman qəlbimizdə yaşayır və onlar heç vaxt unudulmayacaq.
Şəhid anası göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü ifadə edib. O, həmçinin Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivinə minnətdarlığını bildirib.
Sonda şəhid Sənan Ağazadənin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.













