Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü çərçivəsində yazıçı-ekoloq Bəxtiyar Hüseynov ilə görüş keçirilib. Tədbir müəllifin “Heydər Əliyev və Azərbaycan Təbiəti” adlı kitabına həsr olunub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Lənkəran MKS-in Sütəmurdov kənd kitabxana filialının müdiri Nuranə Cəfərova Ümummilli Lider Heydər Əliyevin dövlətçilik siyasəti, xalqına bağlılığı və Azərbaycan dövlətinin inkişafındakı xidmətlərindən danışıb.
Daha sonra yazıçı-ekoloq Bəxtiyar Hüseynovun həyat və yaradıcılığı haqqında iştirakçılara ətraflı məlumat verilib. Çıxış edənlər müəllifin yaradıcılığını yüksək qiymətləndirərək ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Görüş zamanı gənclər müəllifə müxtəlif suallar ünvanlayıb, Bəxtiyar Hüseynov isə sualları ətraflı şəkildə cavablandırıb.
Sonda çıxış edən müəllif Yazıçı Ekoloq Bəxtiyar Hüseynov tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib, bu cür maarifləndirici görüşlərin əhəmiyyətini xüsusi vurğulayıb.

