Mayın 8-də Gəncə Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Ulu Öndərin adını daşıyan Mərkəzdə təşkil olunan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gürcüstanın Gəncədəki baş konsulu Kaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, idarə və müəssisə rəhbərləri eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə rəsmilər Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub. Çıxış edənlər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafındakı misilsiz xidmətlərindən, ölkənin tərəqqisinə verdiyi töhfələrdən və onun zəngin siyasi irsinin bu gün də ölkəmizin inkişafına istiqamət verməsindən danışıblar.

