Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə 9 May – Faşizm üzərində Qələbə Gününə həsr olunmuş “Qələbə Gününün Şərəfi və Qəhrəmanların İzi” adlı tədbir keçirilib.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Lənkəran MKS-in Kompleksləşdirmə və Kitabişləmə şöbəsinin müdiri Aytən Hüseynova tədbirin əhəmiyyətindən danışaraq 9 May Qələbəsinin tarixi önəmindən və vətənpərvərlik ruhunun gənc nəslə aşılanmasının vacibliyindən bəhs edib.
Tədbirdə çıxış edən AVMVİB-in Lənkəran rayon şöbəsinin sədri İlham Qurbanov, sədr müavini Saleh Dostiyev, Lənkəran Rayon Ağsaqqallar Şurasının üzvü Fəxrəddin Caniyev, Boladı kənd 1 saylı kitabxana filialının müdiri Könül İsmayılova və Kənarmeşə kənd kitabxana filialının əməkdaşı Leyla Hüseynli 9 May Qələbəsinin tarixi əhəmiyyətindən, qəhrəmanlıq salnaməsindən və milli-mənəvi dəyərlərin qorunmasında belə tədbirlərin rolundan danışıblar.
Tədbirin bədii hissəsində məktəblilər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib və çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Sonda bir qrup kitabxana əməkdaşı və gənc AVMVİB-in Lənkəran rayon şöbəsinin fəxri fərmanları ilə təltif olunub, xatirə şəkilləri çəkdirilib.

