Astara Rayon İcra Hakimiyyəti və Astara Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş geniş konsert proqramı təşkil edilib.

 

Mayın 10-da Astara park-bulvar kompleksində keçirilən tədbirdə Astara Rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Astara Mədəniyyət Mərkəzinin “Sevinc” mahnı və rəqs ansamblının müşayiəti ilə keçirilən konsert proqramında ilk olaraq Oqtay Kazımi adına Astara Uşaq Musiqi Məktəbinin birləşmiş xor kollektivi çıxış edib.

Daha sonra Astara Mədəniyyət Mərkəzinin solistləri Kamran Fərziyev, Emil Tağıyev, Rövşən Cabbarov və Solmaz Dadaşovanın peşəkar ifaları tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb. Gənc ifaçılar – Məmməd Məmmədzadə, Elyana Məmmədova, Elvin Melikov və Səfərəli Qasımovun rəngarəng musiqi nömrələri və dinamik səhnə performansları tədbirə xüsusi rəng qatıb.

Konsert proqramında həmçinin Lənkəran Şəhər Mədəniyyət Mərkəzinin solisti Vüsal Bağırovun emosional və ruhoxşayan ifası, eləcə də Astara Rayon Mədəniyyət Mərkəzinin “Hovəlim” qrupu və “Əvəsor” xalq kollektivinin çıxışları tədbirdə coşqulu və yaddaqalan atmosfer yaradıb.

Zəngin repertuar, səmimi təqdimatlar və musiqi nömrələrinin yüksək səviyyədə təqdimatı tamaşaçılarda xoş təəssürat yaradıb, tədbir iştirakçıları tərəfindən maraq və rəğbətlə qarşılanıb.

By admin