Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sistemində gənclərin asudə vaxtlarının səmərəli təşkili mövzusunda maarifləndirici görüş təşkil olunub.

Tədbirdə Lənkəran MKS-in Kitabxana Könüllüləri qrupunun üzvləri, tələbələr və fəal gənclər iştirak ediblər.

Görüş zamanı gənclərin asudə vaxtlarının düzgün planlaşdırılması, onların mütaliəyə, şəxsi inkişaf fəaliyyətlərinə və ictimai faydalı məşğuliyyətlərə cəlb edilməsinin əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparılıb. Çıxış edənlər kitabxanaların gənclərin bilik və dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını vurğulayıblar.

Tədbir çərçivəsində iştirakçı gənclər də mövzu ətrafında çıxış edərək öz fikir və təkliflərini bölüşüblər. İnteraktiv formatda keçən görüşdə onların ideyaları dinlənilib, təşəbbüsləri yüksək qiymətləndirilib.

Sonda iştirakçılarla xatirə şəkli çəkdirilib.

By admin