Mayın 22-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda AYB Lənkəran Bölməsinin ədəbi-bədii orqanı olan Şəfəq jurnalının 35 illik yubileyi münasibətilə “Cənubun ədəbi mayakı” adlı tədbir keçirilib.

Tədbirdə AYB rəhbərliyi, cənub bölgəsinin yazarları, ziyalılar və Bakı şəhərində yaşayan qələm dostları iştirak ediblər.

Tədbiri giriş sözü ilə AYB-nin beynəlxalq əlaqələr üzrə katibi, şair Səlim Babullaoğlu açaraq iştirakçıları salamlayıb, “Şəfəq” jurnalının yaradıcı kollektivini və oxucularını yubiley münasibətilə təbrik edib.

AYB sədrinin müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid çıxışında jurnalın cənub ədəbi mühitinin formalaşması və inkişafında, eləcə də ədəbiyyatımızın yeni ədəbi qüvvələrlə zənginləşməsində mühüm rol oynadığını vurğulayıb. O, Mətbuat Şurasının “Diplom”unu jurnalın baş redaktoru Qafar Cəfərliyə təqdim edib.

AYB katibləri İlqar Fəhmi, Elçin Hüseynbəyli və Mərkəzin sədri Əsəd Cahangir çıxışlarında jurnalın fəaliyyətini yüksək qiymətləndirərək yaradıcı kollektivi və oxucuları təbrik ediblər.

AYB Lənkəran Bölməsinin sədri, “Şəfəq” jurnalının baş redaktoru Qafar Cəfərli jurnalın keçdiyi tarixi yol barədə geniş məruzə ilə çıxış edib.

Tədbirdə AMEA-nın Ədəbiyyat İnstitutunun şöbə müdiri Vaqif Yusifli, ustad şair Ağacəfər Həsənli, tanınmış yazıçı Nurəddin Ədiloğlu çıxış edərək yubiley münasibətilə təbriklərini və xoş arzularını çatdırıblar.

Görkəmli şair Fəxrəddin Teyyub tədbirdə yeni qələmə aldığı şeiri səsləndirib.

Daha sonra LDU-nun dosenti, tarix üzrə fəlsəfə doktoru Leyla Məcidova, naşir Akif Dənzizadə, eləcə də şair və yazıçılar Ağamir Cavad, Hafiz Mirzə, Xanlar Həmid, Səyavuş Süleymanlı, Bilal Alarlı, Şahverən Cavad, Fərzalı Abbasəlioğlu, Damət Salmanoğlu, Şərafəddin İlkin, Xatirə Xatun, Ziyafət Yəhya, Qorxmaz Kadusi, Əhməd Haqsevər, Təbrizə Pünhan, Pənah Dumanoğlu, İdris Babayev, Mehrəli Mustafa, Sevil Azadqızı, Eldar Səbr, Mükafat Yaqub, Ofelya Nəzərova, Ruhiyyə Abbaszadə, Arzu Əyyarqızı, Bəxtiyar Hüseynov, Əfsanə Sultan, Nigar Həmidli, həmçinin jurnalın yaradıcılarından olan M. Əliyevin oğlu Ənvər Rüstəmov və İ. Salehin qızı Afaq xanım çıxış edərək təbriklərini, arzu və istəklərini bölüşüblər.

Sonda Qafar Cəfərli tədbir iştirakçılarına və qələm dostlarına minnətdarlığını bildirib.

Tədbir xatirə şəkillərinin çəkilməsi və ziyafət məclisi ilə başa çatıb.

By admin