Mayın 21-də Sumqayıt Dövlət Universitetinin Kitabxana İnformasiya Mərkəzində gənc yazar Aynur İsmayılın “General Kızı” romanının təqdimat mərasimi keçirilib.
Tədbiri mərkəzin direktoru Leyla Allahverdiyeva açaraq müəllif və onun yaradıcılığı haqqında iştirakçılara ətraflı məlumat verib. O bildirib ki, “General Kızı” romanı gənclərin vətənpərvərlik ruhunda formalaşmasına, birlik və bərabərlik dəyərlərinin aşılanmasına, eyni zamanda ailə bağlarının möhkəmləndirilməsinə xidmət edən dəyərli əsərlərdən biridir.
Daha sonra çıxış edən müəllif Aynur İsmayıl romanın türk dilində qələmə alındığını qeyd edib və əsərin ideyası barədə tələbələrə geniş məlumat verib. Bildirilib ki, kitabda İkinci Qarabağ müharibəsi dövründə xalqın vətənə bağlılığı, qəhrəmanlıq ruhu və milli həmrəylik mövzularına xüsusi yer ayrılıb.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar müəllif tərəfindən cavablandırılıb, kitablar imzalanaraq iştirakçılara təqdim olunub.

