Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sistemində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Dövlətçilik Tariximizin Qızıl Səhifəsi” adlı tədbir keçirilib.

Tədbirdə ziyalılar, veteranlar, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Lənkəran MKS-in Boladı kənd 1 saylı kitabxana filialının müdiri Könül İsmayılova Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışaraq tədbirin məqsədi barədə iştirakçılara məlumat verib.

Daha sonra Lənkəran Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Əlimərdan Əliyev, AVMVİB-in Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostiyev, Əfqanıstan Veteranları İctimai Birliyinin Lənkəran rayon şöbəsinin sədri Fəxrəddin Hüseynov, Lənkəran Dövlət Dram Teatrının aparıcı aktrisası Aynur Əhmədova, Lənkəran Dövlət Universitetinin tələbələri Səidə Aslanova və Vaqif Verdiyev çıxış edərək Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin qorunması və inkişafındakı mühüm rolundan bəhs ediblər.

Tədbirin bədii hissəsində tanınmış xanəndə İmanverdi Ağayev, Lənkəran Şəhər Cəfər Cabbarlı adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin xanəndə müəllimi Əsəd Məmmədov, vokal ifaçısı Mehparə Rzayeva, gənc müğənni Allahverən Pərvizoğlu, həmçinin Lənkəran şəhər 5 saylı körpələr evi–uşaq bağçasının “Nəvələr” qrupu musiqi nömrələri ilə çıxış edərək tədbirə xüsusi rəng qatıblar.

Tədbirdə həmçinin Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbinin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olunub.

Sonda tədbir iştirakçıları ilə xatirə şəkili çəkdirilib.

By admin