Yaşasaydı, bu ilin martında 70 illik yubileyini qeyd edərdi…Deyirlər, torpağın üzü soyuqdur, qoynuna aldığını insanlara tez unutdurur.

Lakin qələm dostları, iş yoldaşları, onu az-çox tanıyan yaxın- uzaq adamlar, oxucular Ağaddin müəllimi heç vaxt unutmayacaqlar.

Heç nəyə, heç kimə biganə olmadı. O, yaddaşlarda beləcə də qaldı…

Xatıraladaq ki, Ağaddin Babayev 15 mart 1956-cı ildə Lənkəran rayonunun Şağlaser kəndində anadan olub. 1972-ci ildə Şağlaser kənd orta məktəbini bitirib. 1979-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsinə daxil olub və 1985-ci ildə oranı bitirib. 1974–1976-cı illərdə həqiqi hərbi xidmətdə olub. 1972-ci ildən əmək fəaliyyətinə başlayıb. Lənkəranın keçmiş Lenin adına sovxozunda fəhlə, Bakıda “Qırmızı Ulduz” İstilik-Elektrik Stansiyasında qazanxana maşinisti, Bakının Nərimanov rayon kommunal təsərrüfatı şöbəsində fəhlə və briqadir, Lənkəran Dövlət Dram Teatrında ədəbi-dram hissə rəhbəri, “Lənkəran” qəzeti redaksiyasında müxbir və şöbə müdiri, “Bakinski raboçi” qəzeti redaksiyasında xüsusi müxbir, APA İnformasiya Agentliyinin və APA TV-nin cənub bürosunun rəhbəri vəzifələrində çalışmışdır.

Ağaddin Babayev həmçinin pedaqoji fəaliyyətlə də məşğul olub. Uzun müddət Lənkəranın Şağlaser və Xarxatan kənd tam orta məktəblərində Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris edib.

Ömrünün sonuna kimi o, əmək fəaıiyyətini “Lənkəran” qəzeti redaksiyasında şöbə müdiri vəzifəsində çalışıb.

Ağaddin Babayev əlli ilə yaxın bədii yaradıcılıqla məşğul olmuşdur. Hekayəpyes və şeirləri, habelə rus və dünya ədəbiyyatından tərcümələri müxtəlif almanaxlarda, mətbu orqanlarında dərc olmuşdur. Bir neçə pyesi və tərcüməsi Lənkəran və Mingəçevir Dövlət Dram Teatrlarında, Şuşa Dövlət Musiqili Dram Teatrında, Salyan Dövlət Kukla Teatrında tamaşaya qoyulub. İki kitab müəllifidir. Bir sıra ədəbi müsabiqələrin, o cümlədən dəfələrlə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) elan etdiyi məqalə müsabiqələrinin qalibi olmuşdur.

“Qızıl qələm” media mükafatı laureatıdır.

21 iyun 2025 ci ildə doğulduğu və boya-başa çatdığı Lənkəran rayonunun Şağlaser kəndinə vəfat etmişdir.

Qeyd edək ki, 21 iyun 2026 cı ildə Jurnalistin ailə üzvləri, dostları,  bu gün Ağaddin Babayevin qəbrini ziyarət ediblər. Allah rəhmət etsin.

Allahverən Pərvizoğlu 

Lənkəran 

 

 

By admin