Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Sumqayıt şəhərində keçirdiyi vətəndaş qəbulu zamanı gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü, 9 kitab müəllifi, “Kredo” qəzetinin redaksiya heyətinin üzvü və ictimai müxbiri Sevindik Nəsiboğlu ilə görüşüb.
Xeber24.online Sevindik Nəsiboğlu bildirib ki, görüş zamanı Bahar Muradovaya yaradıcılığı, ictimai fəaliyyəti və təhsil həyatı barədə ətraflı məlumat verib. O, şəhidlərimizin əziz xatirəsinə həsr etdiyi yeni nəşr olunmuş “Dirçələn Xarıbülbül” kitabını da Komitə sədrinə hədiyyə edib.
Komitə sədri Bahar Muradova kitab hədiyyəsinə görə təşəkkürünü bildirib, ona gələcək təhsil və yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb.
Sevindik Nəsiboğlu qeyd edib ki, Bahar Muradova ilə ilk görüşü 2021-ci ildə baş tutub. Həmin vaxt o, 4 kitabın müəllifi idi, hazırda isə 9 kitab müəllifidir. O bildirib ki, müəllifi olduğu bütün kitabları Bahar Muradovaya hədiyyə edib. Eyni zamanda vurğulayıb ki, kitablarının təqdimat mərasimlərində Bahar Muradovanın göstərişi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları da iştirak ediblər.
Sonda Sevindik Nəsiboğlu gənclərə göstərilən diqqət və qayğıya görə Bahar Muradovaya özünün və ailəsinin adından minnətdarlığını ifadə edərək, Vətəninə və gənclərə dəyər verən ziyalılarla fəxr etdiyini bildirib.
