Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun sərəncamına əsasən, İsmayılova Ülkər Şakur qızı icra başçısının müavini – Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Yeni təyin olunan xanım müavin kollektivə təqdim edilib və fəaliyyətində müvəffəqiyyətlər arzulanıb.

 

Qeyd edək ki, Ülkər İsmayılova bu təyinata qədər Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Girdəni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb. O, həmçinin uzun illər şəhər icra hakimiyyəti başçısı aparatında dövlət qulluğu sahəsində fəaliyyət göstərərək zəngin idarəçilik təcrübəsi qazanıb.

By admin